SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nizami rayonunda minik maşını yanıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, bu gecə Bakı şəhərinin Nizami rayonunda, "Koroğlu" stansiyası yaxınlığında “İran Khodro” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin görüntülərini təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS