SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə Bakıda dəm qazından bir ailə pərişan olub.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunda, Binəqədi yolu, döngə 7-də yaşayan ailədə qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü C.X. və 2 azyaşlı uşağı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyi nəticəsində ana və övladlarının həyatını xilas etmək mümkün olub.

Ziya SƏCCAD
BAKU.WS