SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

BAKU.WS-in oxu.az-a istinadla məlumatına görə, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində bir qrup gənc arasında mübahisə düşüb və Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Ülvi Səfərliyə bıçaqla xəsarət yetirilib.

O, xəstəxanaya aparılıb və təcili tibbi yardım göstərilib. Gəncin həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, gənclər arasında baş verən dava qız üstündə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb.

BAKU.WS