VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şadlıq evində müğənni bıçaqlanıb. Hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində olub.

25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ''Murad'' şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.

Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.

Ötən gecə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən şadlıq evində bıçaqlanan müğənnini həyatı xilas edilib. Kliniki Tibbi Mərkəzdən Lent.az-a bildirilib ki, “Murad” şadlıq sarayında bıçaqlanan 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu döş qəfəsinin daxilə nüfuz edən xəsarəti ilə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyat xilas edilib və vəziyyəti stabilləşib.

Şadlıq sarayındakı hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. artıq bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon polis idarəsində araşdırma aparılır.

BAKU.WS