Bakıda evdən külli miqdarda qızıl və pul oğurlanıb.


BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından ONA-ya bildirilib.

Verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonu, R.Əliyev küçəsi 8 ünvanında qeydə alınıb. Rəna Məmmədovaya məxsus evdən 50 min manat dəyərində qızıl, 60 min rus rublu və 200 manat naməlum şəraitdə oğurlanıb. Nəticədə ev sahibəsinə 53 manatlıq ziyan dəyib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKU.WS