SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda mənzildən 70 yaşlı qadın meyiti tapılıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Həsənova Rima Yusif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

BAKU.WS