SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavanı 100 m² sahədə əriyib. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS