VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, binanın beşinci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəx və hamam otağı yanıb.

Yanğın zamanı səkkiz nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS