SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saat 18:00 radələrində Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, Mərəzə qəsəbəsi yaxınlığında Dövlət Yol Polisinə məxsus BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı təsdiq edib. O, BAKU.WS-in əməkdaşı ilə söhbətində bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, DYP-yə məxsus avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində bir nəfər polis əməkdaşı xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

ZÜLFÜQAR
BAKU.WS