600 manatlıq hədiyyəni bəyənmədiyi iddia edilən məktəb direktoru ilə bağlı araşdırma aparılır

"Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılır".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Bildirilib ki, martın 3-də Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
"Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
Bildirilib ki, direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib.
Aləmdə Nəsib
Oxşar xəbərlər
Masallıda ailə münaqişəsi faciə ilə bitdi – Qayınanasını qətlə yetirdi, 3 nəfəri yaraladı
Bu gün saat 03:30 radələrində 3 nəfər (1-i kişi, 2-si qadın cinsli olmaqla) müxtəlif travmalarla Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. BAK...
