SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şimali Koreya hidrogen bombasnıı sınaqdan keçirib. 
 
BAKU.WS-in məlumatına görə, Pxenyan rəhbərliyi sınağın uğurla həyata keçirildiyini açıqlayıb. Bu sınaqdan sonra ölkənin Pungye şəhəri yaxınlığında 5,1 bal gücündə zəlzələ qeyd alınıb. 
 
Şimali Koreya rəsmi televiziya kanalı təkanlardan bir neçə saat sonra faktı təsdiq edib. Şimali Koreyanın 2006-ci ildən bu yana Pungyedə üç yer altı nüvə sınaqdan keçirdiyi güman edilir. Şimali Koreya rəsmi televiziya kanalı bu sınaqların davam edəcəyini bildirib. 
 
"Şimali Koreya ABŞ-ın təcavüzkar siyasətlərinə qarşı özünü qorumaq üçün nüvə proqramını gücləndirməyə davam edəcək. Məsuliyyət sahibi bir nüvə dövləti kimi hərəkət edəcəyik. Ölkəmizin suverenliyi pozulmadığı müddətcə nüvə silahlarından istifadə edilməyəcək".

Şimali Koreyanın bu açıqlamalarından sonra Cənubi Koreya hökuməti təcili olaraq toplantı keçirib. ABŞ və Yaponiya isə hidrogen bombasını sınaqdan keçirən Şimali Koreyanı bu əməlinə görə qınayıb.  
 
Şahin Həbibov
BAKU.WS