SİZİN REKLAM BURADA!
055 213 76 73



Martın 1-də Beyləqan rayonunda sexdə bədbəxt hadisə baş verib.


BAKU.WS xəbər verir ki, ötən gün Beyləqan RMX-dan rayon prokurorluğuna Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Xam pambığın emalı və tədarükü” sexinin maşinisti 1959-cu il təvəllüdlü Əliyeva Cəmilə Famil qızının sol bilək nahiyyəsindən aldığı xəsarətlə rayon mərkəzi xəstəxansına daxil olması barədə məlumat verilib.

Daxil olmuş məlumat əsasında rayon prokuror və əməliyyat – istintaq qrupu hadisə yerinə tedib. Hadisə yerinin müayinəsi keçirilməklə foto şəkillər çəkilib və digər zəruri hərəkətlər icra edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS