SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda bank filiallarından birində basqın edilib.

Hadisə "Accessbank" QSC-nin "Beyləqan" filialında qeydə alınıb. 

BAKU.WS tezis.az-a istinadən bildirir ki, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən "Accessbank" QSC-nin "Beyləqan" filialından "həyəcan" siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.
 
Bu zaman bankın "Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.

Rəhim Nəbiyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.