SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan prezidenti İlham Əliyevin son əfv sərəncamı ilə azadlığa çıxan türk TIR sürücüsü Mehmet Kılıçparlar Türkiyəyə gedib. 
 
BAKU.WS-in məlumatına görə, 2007-ci ildə maşınında narkotik maddə aşkar edilən və bu vaxtdan Azərbaycanda məhkumluq həyatı yaşayan Kılıçparlar ailəsinə qovuşub. "Sanki yuxu görürəm. Həbs ediləndə 5 aylıq olan qızım Senuru qucağıma almaq gözəl bir duyğudur”, - deyə əfv edilən sürücü bildirib. 
Qeyd edək ki, Qaziantepdə yaşayan ailəsi Mehmet Kılıçparlarıın saxlanılmasını aylar sonra televiziya proqramından həbsxanadan hazırlanan reportaj vasitəsilə öyrənib. 

"Azərbaycanda türkləri çox sevirlər. Məni 2013-cü ildə ailəmlə görüşdürdülər. Mənim məsələm həm Türkiyə, həm də Azərbaycan prezidentlərinin diqqət mərkəzində idi. İlham Əliyəvlə, Rəcəb Tayyip Ərdoğana minnətdarlığımı bildirirəm”, - deyə Mehmet Kılıçparlar vurğulayıb. 
 
Qeyd edək ki, avtomobilində narkotik maddə tapılan Mehmet Kılıçparlar Azərbaycanda 8 il 1 ay cəza çəkdikdən sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv edilib.  
 
BAKU.WS