SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nizami rayonunda karaoke klubdandan oğurluq hadisəsi baş verib.


Bu barədə obyektin sahibi BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, Qara Qarayevdə yerləşən karaoke klubdan qəlyan oğurlanıb.

Hadisə anı kameraya düşüb. Görüntüləri saytın “qaynar xətti”nə göndəriblər.

Videodan da göründüyü kimi gənc oğlan 145 manat dəyərindəki qəlyanı götürərək klubu tərk edib. Oğurluq hadisəsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS