SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Xətai rayonunda mağazadan telefon oğurlanıb. 

BAKU.WS-in "qaynar xətt"inə göndərilən görüntülərdə oğurluq anı əks olunub. 

Əhmədli metrosunun yaxınlığında yerləşən "Eurolux" mağazasına daxil olan şəxs "Samsunq C8" model telefonu götürüb və mağazanı tərk edib. 

Həmin anlar kameraya düşüb. Oğurluq hadisəsindən sonra mağaza rəhbərliyi Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır. 

Abbas
BAKU.WS