VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

BAKU.WS
xəbər verir ki, hadisə oyun zallarından birində baş verib. Oğurluq baş verən videonun görüntülərini BAKU.WS-ə göndəriblər.

Videodan da göründüyü kimi gənc oğlan nəzarətsiz qalan kassa stolunun arxasına keçir və oradakı pulqabını oğurlayır.

Bildirilir ki, pulqabının içərisində obyektin pulu olub. Pulun məbləği 550 manat təşkil edib. Hadisə barədə Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsinə məlumat verilib.

Polis oğurluq edən şəxsin axtarışlarına başlanılıb.

BAKU.WS