SİZİN REKLAM BURADA!
055 213 76 73



"Laçın" ticarət mərkəzində oğurluq hadisəsi baş verib.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat verib. Verilən məlumata görə, oğurluq gəlinlik mağazasında qeydə alınıb. Hadisə müşahidə kamerasına düşüb.

Videonu redaksiyamıza göndəriblər. Bildirilir ki, oğurluq dünən səhər saatlarında qeydə alınıb.

Videodan da göründüyü kimi gənc oğlan mağazada gəlinliklərin şəklini çəkir. Sonra baş qarışıq olan zaman kassaya yaxınlaşır. O, kassadan içərisində bank kartları olan pul kisəsini və 150 manat pulu götürür.

Mağazanı işlədən xanım bu barədə polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Cavid Babayev
BAKU.WS