VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Rusiya Dağlıq Qarabağa sülhməramlıları cəlb etməyi təklif edir, amma Bakı qəti surətdə qarşı çıxır".
 
BAKU.WS-in məlumatına görə, bu haqda Rusiyanın "Arqumentı nedeli" nəşri yazıb. Məqalədə deyilir ki, Dağlıq Qarabağın ətrafında vəziyyət ağırlaşır: 
 
"Praktik olaraq hər gün Ermənistan və Azərbaycan KİV-i və siyasətçilər bir-birini atəşkəsin pozulmasında ittiham edirlər və itkilər haqqında bildirirlər. Belə davam edərsə yanvar ayından açıq müharibə qaçılmaz olacaq. 
 
Rusiya hərbi-diplomatik mənbəyi bildirir ki, indi Qarabağ münaqişəsinin sakitləşdirilməsinin iki planı mövcuddur: "Birincisini ABŞ və Fransa təklif etdi – ATƏT-in Minsk Qrupunun nümayəndələrinin sayını artırmaq, ərazini müşahidə və kontrol etmək üçün bölgəyə texniki vasitələrlər cəlb etmək. Biz hesab edirik ki, bu kömək etməyəcək və sülhməramlıların Qarabağa yerləşditilməsini təklif edirik. Amma Bakı qəti surətdə buna qarşıdır".
 
Nəşr yazır ki, Gümrüdə təcili surətdə Rusiya hərbi bazasının şəxsi heyətini, zirehli texnikasını artırırlar. Cənub hərbi dairəsinin döyüş və nəqliyyat vertolyotları bazaya göndərilib. 

Şahin Həbibov
BAKU.WS