SİZİN REKLAM BURADA!
055 213 76 73



İranda qəzaya uğrayan yük təyyarəsində ölənlərin sayı artıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, “Boeing 707” tipli yük təyyarəsində 16 nəfər olub.

Hadisə zamanı 15 nəfər ölüb. Təyyarədə olanlardan bir nəfər isə möcüzə nəticəsində sağ qalıb.



***10:31

İranda yük təyyarəsi qəzaya düşüb. 

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, “Boeing 707” tipli yük təyyarəsi səhər saatlarında qəzaya uğrayıb.

Hadisə Kərəc şəhəri yaxınlığında baş verib.

Yük təyyarəsi Qırğızıstandan İranın Elburz əyalətinə gəlirmiş. Qəza nəticəsində 10-a yaxın ekipaj üzvü ölüb.

Ziya SƏCCAD
BAKU.WS