VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Daha bir sürücünün DYP əməkdaşı ilə mübahisəsi əks olunmuş videosu yayılıb. 

BAKU.WS-in məlumatına görə, sürücü avtomobili saxlayaraq Biləcəri qəsəbəsindən paytaxt istiqamətinə gələn maşınları saxlayan DYP müfəttişinə sualla müraciət etmək istəyir. Vətəndaş müfəttişlərdən yolda "Dayan” işarəsi qoyulmadan keçən avtomobillərin nə səbəbə saxlanıldığını soruşur. DYP müfəttişi isə yol nişanının qoyulmaması səbəbindən maşınların digər avtomobillərə yol vermədiklərinə görə saxlanıldığı sualına dolğun cavab verə bilmir. Sonda müfəttiş bu ərazidə ümumiyyətlə yol strukturunun düzgün qurulmadığını etiraf edir. 

Qeyd edək ki, DYP müfəttişi avtomobilləri saxlayaraq sürücüyə protokol yazan zaman Biləcəri qəsəbəsindən gələn və qapısı açıq olan avtobus düz Yol Polisi əməkdaşının gözü qarşısından keçib gedir. Müfəttiş isə nədənsə avtobusu saxlayaraq sürücüyə qanun pozduğu haqda irad bildirmir. 

Azad Əliyev
BAKU.WS