Sabirabad rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Cəfərov və Sabirabad rayon sakini, 2002-ci il təvəllüdlü Tural Cəlillinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Orxan Cəfərov və Tural Cəlilli 20 mart 2017-ci il tarixdə, saat 17 radələrində Sabirabad şəhəri, Həzi Aslanov küçəsində 2004-cü il təvəllüdlü Nihad Məlikov (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.),

2005-ci il təvəllüdlü Samir Bağırov və 2004-cü il təvəllüdlü Cavid Məmmədov ilə birgə 2008-ci il təvəllüdlü qonşuları Xudu Babayevə qarşı növbə ilə seksual xarakterli zorakılıq hərəkətləri etmək barədə razılaşıblar.

Azyaşlıya qarşı seksual hərəkət Onlar Xudu Babayevi aldadaraq Sabirabad şəhəri, Həzi Aslanov küçəsindən keçən su arxının yanındakı ağacın altına aparıblar.

Orada azyaşlı olması səbəbdən onlara müqavimət göstərmək iqtidarında olmayan Xuduya qarşı hər biri, ayrıayrılıqda seksual xarakterli hərəkətlər ediblər.

Kimlərə cinayət işi açıldı?

Bu yolla yetkinlik yaşına çatmış Orxan Cəfərov və Tural Cəlilli cinsi ehtirasını pozğun formada təmin ediblər. Orxan və Tural Xuduya qarşı etdikləri hərəkətləri zamanı cinayət işində adı keçən digər azyaşlılardan istifadə ediblər.

Orxan Cəfərov və Tural Cəlillinin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işində adı keçən Nihad Məlikov, Samir Bağırov və Cavid Məmmədov azyaşlı olduqları üçün barələrində cinayət işi başlanmayıb.

“Məni arxın üstünə apardlar”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Xudu Babayev bildirib ki, Sabirabad şəhərində anası Mahirə, bacıları – Səidə, Xatun və bibisi qızı Samirə ilə birlikdə yaşayır: “2017-ci ilin “Novruz bayramı” günlərinin birində evmizdən çıxdım,

mağazaya saqqız almağa gedərkən öz küçəmizdə Orxan Cəfərov, Tural Cəlilli, Nihad, Samir və Cavid məni yanlarına çağırdı. Sonra onlar məni arxın üstünə apardılar.

Oradakı taxta çəpərin yanında olan ağacın altında Tural Cəlilli şalvarının qabağını açdı və pis şeyini çıxardı. Məndən onu ağzıma götürməyimi istədi. Mən də onun dediklərini elədim”.

“Qorxduğumdan anama demədim”

Zərərçəkmişin sözlərinə görə, Turalın niyə belə etmək istədiyini başa düşməyib: “Turaldan sonra mənə qarşı eyni hərəkəti Orxan, Nahid, Cavid və Samir də ardıcıl olaraq etdilər.

Sonra mənə qarşı elədikləri hərəkətləri anama deyərəmsə, polisə verib məni tutduracaqları ilə hədələdilər. Qorxduğumdan bu barədə anama demədim”.

“Anama söylədi”

Xudu Babayev qeyd edib ki, bu hadisədən bir müddət keçdikdən sonra Hacıbala Hüseynov onların evinə gəlib, bibisi qızı Samirəyə həmin hadisə barədə məlumat verib:

“Samirə də bu barədə anama danışdı. Bundan sonra anam mənimlə və Samirə ilə birlikdə Hacıbalanın həyətinə getdi. Hacıbala anama Tural, Orxan, Nihad, Cavid və Samirin mənə etdikləri həmin hərəkət barədə söylədi”.

“Tualetində mənə qarşı seksual xarakterli hərəkətlər etməsini dedilər”

Xudu Babayev deyib ki, evlərinə qayıtdıqdan sonra Samir onunla birlikdə küçədə futbol oynayan Orxan və Turalı arxın üstünə çağırıb və orada Orxan və Turaldan ona qarşı pis hərəkətlər etdiklərini soruşub:

“Hacıbalanın bu barədə xəbər verdiyini dedi. Orxan və Tural mənə qarşı pis hərəkətlər etdiklərini Samirəyə danışdılar. Onlar həmçinin Hacıbalanın özünün də əmisigilin tualetində mənə qarşı seksual xarakterli hərəkətlər etməsini dedilər”.

“Qarşımda diz çökdülər”

Zərərçəkmiş bildirib ki, bundan sonra Samirə onları Hacıbalagilin həyətinə aparıb: “Orada Orxan və Tural Hacıbalaya əmisigilin həyətində mənə qarşı etdikləri gördüklərini dedilər. Bundan sonra Samirə Hacıbala, Orxan və Turala mənim qarşımda dizləri üstə çöküb, üzr istəməsini dedi.
Əvvəlcə Hacıbala dizləri üstə yerə çökdü, məndən üzr istədi.

Bundan sonra Orxan və Tural da qarşımda dizləri üstə yerə çökərək üzr istədilər. Sonra isə Samirə birlikdə evimizə getdik. Samirə olanları anama danışdı”.

“Polis şöbəsində şikayət etdim”

Zərərçəkmiş azyaşlının anası Mahirə bildirib ki, Hacıbala Hüseynov aprelin 14-də onun yaşadığı evə gəlib və əvvəl baldızı qızı Samirəyə, daha sonra isə ona qonşuluqda yaşayan Orxan, Tural və başqa uşaqların onun azyaşlı oğlu Xuduya qarşı seksual xarakterli hərəkət etmələrinə dair bildirib:

“Hacıbala dediyi vaxta kimi mənim oğluma qarşı edilən hərəkətlərdən məlumatım olmayıb. Hacıbala mənə bunları bildirməsindən sonra oğlumdan hadisə barədə soruşdum.

Oğlum da Orxan, Tural və digər uşaqlarla birlikdə onu küçədə görüb, arxın üstünə apararaq orada ona qarşı seksual hərəkətlər etmələrini dedi.

Bundan sonra polis şöbəsinə gedərək Orxan Cəfərov, Tural Cəlilli və digərlərinin azyaşlı oğlu Xuduya qarşı etdikləri əxlaqsız və seksual xarakterli hərəkətləri barədə şikayət ərizəsi yazdım”.

“Onlarla barışmışam”

Mahirə Babayevanın sözlərinə görə, ibtidai istintaq zamanı da azyaşlı oğlu onun iştirakı ilə keçirilən üzləşdirmələr zamanı Orxan Cəfərovun və digərlərinin üzünə qarşı ona dediklərini təsdiqləyib:

“Hazırda təqsirləndirilən şəxs Orxan Cəfərov və Tural Cəlillini bağışlamışam. Onlarla barışmışam, onlara qarşı heç bir şikayət tələbim yoxdur”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Cəfərov və Tural Cəlillinin hər biri 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Orxan Cəfərovun vəkili apelyasiya şikayəti verib. O, müvəkkilinin əməlinin sübuta yetirilmədiyini, ona bəraət verilməsini istəyib.

Digər təqsirləndirilən Tural Cəlillinin vəkili də apelyasiya şikayəti verib. O, müvəkkilinin barəsində cəzadan da aşağı həddə cəza təyin olmasını xahiş edib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib. Bu günlərdə açıqlanan qərara görə, hər iki təqsirləndirilən şəxs barəsində verilən şikayət qismən təmin olunub.

Orxan Cəfərovun cəzası 5 il 8 aya, Tural Cəlilinin isə cəzası 6 ilə endirilib.

BAKU.WS