VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın İsveçrənin Bern şəhərində görüşündə Dağlıq Qarabağın gələcəyi ilə bağlı heç bir nəticə əldə olunmayıb. Bu görüşdən sonra Ermənistan tərəfi Azərbaycanla müharibə etdiklərini etiraf edib. 
 
BAKU.WS-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi sözçüsü Artsrun Hovannisyan bildirib ki, faktiki olaraq Azərbaycanla müharibə edirlər: "Müharibə sözünü istifadə məcburiyyətindəyik, çünki ortada atəşkəs qalmayıb. Azərbaycan tank, ağır artileriyadan istifadə edir", - deyə A.Hovhannisyan bildirib.
 
Azərbaycan Xarici İşlər Nazirliyi sözçüsü Hikmət Hacıyev isə ermənilərin iddiasına kəskin cavab verib. XİN rəsmisi bildirib ki, atəşkəs erməni hərbi qüvvələrinin Azərbaycandakı qeyri-qanuni varlığı səbəbiylə pozulub: "Ermənistan ələ keçirdiyi torpaqlardan çəkilmək məcburiyyətindədir. Ancaq bununla bölgədə daimi sülhdən söhbət gedə bilər".
 
Xatırladaq ki, Qarabağ münaqişəsinin tarixi ermənilərin Qafqaza köçdüyü vaxtdan başlayır. Ermənistan silahlı qüvvələri Azərbaycanın ən qədim tarixi vilayətlərindən biri olan Dağlıq Qarabağı işğal edib.
 
BAKU.WS