VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Xocahəsən qəsəbəsində 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 7 nəfərdən 6-sı evə buraxılıb.

Mərkəzdən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan 6 nəfərin vəziyyəti yüngül olduğundan onlar tibbi yardım göstəriləndən sonra öz xahişləri ilə ambulator müalicəyə buraxılıb: "Yaralılardan 1 nəfər qadın, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. O, hadisə zamanı ağır kəllə-beyin travması alıb".

Bundan başqa, hadisə nəticəsində xəsarət alaraq 1 saylı Respublika klinik Xəstəxanasına yerləşdirilən 2 nəfər tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Respublika Klinik Xəstəxanasından Trend-ə bildiriblər ki, həmin 2 nəfərin səhhəti normal olduğu üçün qəbuldan imtina edib. Hər iki yaralı ambulator müalicəyə göndərilib.

***

Xırdalanda 119 saylı marşrut avtobus aşıb.

Bu barədə BAKU.WS-ə Təcili Tibbi Yardımdan məlumat verilib. Məlumata görə, hadisə 19:56-da baş verib. Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

BAKU.WS