Bu gün səhər saatlarından İranda terror hadisəsi baş verib.


BAKU.WS xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentliyin verdiyi xəbərə görə, Çabəhar şəhərinin Şəhid Rigi bulvarında güclü partlayış baş verib.


Bulvara daxil olan bomba yüklü avtomobil partlayıb. Partlayışdan sonra ərazidə silah səsləri gəlib.



Hadisə nəticəsində 3 nəfər ölüb, 19 nəfər ağır yaralanıb. Yaralılar arasında qadın, uşaq və hərbçilərin də olduğu deyilir.


Bildirilir ki, partlayış nəticəsində polis rəisi də ölüb.


Terrorun törədilməsilə bağlı heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.


Ziya SƏCCAD
BAKU.WS