Güclü külək paytaxtda fəsadlar törədib.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd olunub ki, güclü külək nəticəsində paytaxt ərazisində 22 irigövdəli ağac aşıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə Təsərrüfat Birliyi gücləndirilmiş iş rejiminə keçib. Araşdırma zamanı məlum olub ki, hadisə nəticəsində Qoqol küçəsində bir ağac maşının üstünə aşıb. Nəticədə bir nəfər xəsarət alıb.

Bununla yanaşı, paytaxtın Azadlıq prospektində də ağac maşının üstünə aşıb.

BAKU.WS