Azərbaycan boksçuları dünya çempionatında iki bürünc medal qazanıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan boksçuları Böyük Britaniyanın Liverpul şəhərində keçirilən dünya çempionatında iki medal qazanıblar.
Bu barədə BAKU.WS-ə Azərbaycan Boks Federasiyasından bildirilib.
Qeyd edilib ki, Azərbaycan boksçuları Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominges (90 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatının yarımfinal mərhələsində məğlub olublar.
Cəfərov (75 kiloqram) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığına görə boksçumuz bürünc medala sahib olub.
Alfonso Dominges (90 kiloqram) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...