Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLİR
12
sen
2025
13:01
"Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olacağıq".
BAKU.WS xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
O qeyd edib ki, həmin qaydaların bütün ümumtəhsil müəssisələrində tətbiq olunması istiqamətində son mərhələyə daxil olunub.
"Qısa müddət ərzində bu qaydaların bütün ölkə məktəblərində tam şəkildə tətbiqinə başlanacaq",- deyə Eşqi Bağırov bildirib.
Qeyd edək ki, 300 təhsil müəssisəsində bu qayda tətbiq olunurdu.
Oxşar xəbərlər
Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə ba...