SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda fəaliyyət göstərən "Amrahbank"ın saytına kiber hücum olub. 
 
BAKU.WS-in məlumatına görə, özlərini "Antituran 2015" adlandıran xakerlər saytın üz səhifəsinə qara fonda adlarını yazıblar. "Amrahbank"ın saytına ilk dəfə deyil ki, bu cür kiber hücum olub. Belə ki, bir müddət öncə İŞİD hakerləri "Amrahbank"ın saytına hücum edib. Xakerlər hətta bankın məxfi məlumatlarını oğulamışdılar.
 
Özlərini "İslamic Kiber Army" adlandıran İŞİD hakerləri saytı dağıtdıqdan sonra bankın müştəriləri barədə məlumatları öz twitter səhifələrindən paylaşıblar.

ŞAHİN Həbibov
BAKU.WS