SİZİN REKLAM BURADA!
055 213 76 73



Göyçay rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib. 

BAKU.WS-in "Report"-a istinadən məlumatına görə, hadisə Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, rayonun Mallışıxlı kəndi ərazisində baş verib. 

Belə ki, Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi "Hyndai" və Asif İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. 

Nəticədə hər iki avtomobilin sürcüsü və avtomobillərdə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxansına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS