055 213 76 73
Cəlilabadda külli miqdarda narkotik maddə aşkarlanıb.
BAKU.WS-in məlumatına görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iri və xırda buynuzlu heyvanların satışı bazarının həyətində ayaqyolunun arxa tərəfində torbada 3 ədəd bağlama aşkar edilərək götürülüb.
Həmin bağlamalar məhkəmə kimyəvi ekspertizaya təhvil verilib.
Ekspertizanın rəyinə görə, torbada ümumi çəkisi 5702 qram tünd qəhvəyi maddə, 2 min qram isə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik tərkibli tiryək olduğu müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.
BAKU.WS