Masallı sakinindən narkotik vasitə götürülüb

Masallı sakinindən narkotik vasitə götürülüb
Hadisə 1577
Masallı rayon sakinindən narkotik vasitə götürülübDİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini Vüsal Hüseynov saxlanılıb. Rayon polis şöbəsində onun üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən 21 qram, əlindəki sellofan torbadan isə 2.2 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 221 qram tiryək olması barədə rəy verilib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda narkobaron tutuldu (FOTO)

Bakıda narkobaron tutuldu (FOTO)

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində 35 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Daxili İşlər Nazirliyindən BAK...

3568 Hadisə 16:06 21 fevral 2018

Son xəbərlər