Bakının Binəqədi rayonunda yol qəzası baş verib.


Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Verilən məlumata görə, qəza Atatürk prospekti Ayna Sultanova heykəli yaxınlığında qeydə alınıb.


Hadisə zamanı “Ford Transit” markalı yük maşını minik maşını ilə toqquşub.


Qəza zamanı xəsarət alanlar barədə məlumat verilməyib. Hadisənin görüntülərini təqdim edirik.


Ziya SƏCCAD
BAKU.WS