SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə qaçaqmalçılıq yolu ilə gətirilən rakını içən azərbaycanlı komaya düşüb.
 
BAKU.WS-in məlumatına görə, hadisə Çorumda baş verib. Azərbaycan əsilli Əkbər N. (20 yaş) rakı içdikdən sonra huşunu itirib. Təcili yardımın ilk müdaxiləsindən sonra Əkbərin həyatını xilas etmək mümkün olub. 
 
 
Əldə edilən son məlumatlara görə, Əkbərin həyati təhlükəsi olduğu üçün reanimasiyada saxlanılır. Azərbaycanlı gəncin rakıdan zəhərləndiyi iddia edilir. 
 
Polis hadisə ilə bağlı istintaqı davam etdirir.
 
Şahin Həbibov
BAKU.WS