Rusiyada məşhur azərbaycanlı idmançı həbs edildi

Rusiyada məşhur azərbaycanlı idmançı həbs edildi
Hadisə 1870

  Məşhur azərbaycanlı samboçu, "Qara canavar” ləqəbli Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb. BAKU.WS Trend-ə istinadən məlumat verir ki, S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur. Məlumata əsasən, azərbaycanlı idmançı 2012-ci ildə kafedə iki nəfərdən, onlara ölümlə hədə-qorxu gələrək, 3 milyon rubl tələb edib. Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər