SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rus müxbirin Türkiyə sualı ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbini hövsələdən çıxarıb.
 
BAKU.WS-in məlumatına görə, gündəlik brifinqi zamanı jurnalistlərin suallarını cavablayan Kirbi RT televiziya kanalının Vaşinqton bürosunun müxbiri Qayan Çiçakyanın israrla Türkiyə ilə bağlı eyni sualı soruşmasından sonra əsəblərinə hakim ola bilməyib.
 
"Bu sualları hələ utanmadan soruşa bildiyinə təəccüb edirəm, Rusiya hökumətindən soruşa bilmədiyin sualları məndən niyə soruşursan?" deyən Kirbi jurnalistə acıqlanıb. Kirbi Türkiyənin İraqa qoşun yeritməsi məsələsi ilə bağlı suala son 3 gündür eyni cavabı verdiyini deyib: "Türkiyə və İraq probleminin həlli üçün lazımi danışıqlar aparılır".
 
Cavabdan məmnun olmayan müxbir sualı başqa formada yenidən verib. Suallara əsəbiləşən Kirbi "Soruşduğun suallara bax və özünə gül, çılğın suallardır bunlar" deyərək müxbiri susdurub.
 
Şahin Həbibov
BAKU.WS