SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabadda idarə rəisi jurnalistə hücüm edib.


BAKU.WS
-in məlumatına görə, Xəzər TV nin Cəlilabad bürosunun müxbiri Rəhman Məlikov rayon ərazisində qaz abonentlərinə istifadə etdiklərindən artıq yazılmış qeyri-qanuni borca ilə bağlı süjet hazırlayıb.


Qarşı tərf kimi jurnalist Cəlilabad qaz istismar sahəsindən mövcud məsələ ilə bağlı bir neçə dəfə açıqlama almaq istəsə də, idarənin rəisi Günəşli Nurəliyev nəinki açıqlama verməyib, hətta öz peşə borcunu yerinə yetirən jurnalistə qarşı güc tətbiq edib.


Kadrlardan göründüyü idarə rəisi əllərilə jurnalistin boğazından yapışaraq ona qarşı güc tətbiq edir.


Artıq jurnalist faktla bağlı Daxili işlər nazirliyinin 102 xidmətinə müraciət edib.


Ziya Səccad

BAKU.WS