5 aylıq övladını küçəyə atan ana tapıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verildiyi kimi avqust ayının 30-u gecə saatlarında bir nəfər şəxs Gəncə şəhərində xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, polis əməkdaşı dərhal körpənin qayğısına qalaraq onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, uşağı polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası, Zaqatala rayon sakini Esmira Məmmədova ilə birlikdə uşağı qərarlaşdırdıqları üzrə polisə verib.
Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Əlbir olub azyaşlını sahibsiz yerə apardılar və... - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT
Sabirabad rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Cəfərov v...