İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, 37 yaşlı Fərhad Bilalovun idarə etdiyi 90-MG-934 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusla qarşıdan gələn Bakı şəhər sakini 31 yaşlı Tural Ağayevin idarə etdiyi 99-DC-875 dövlət nömrə nişanlı “OPEL” markalı minik maşını toqquşub.

Hadisə yerində zərərçəkənlərə ilkin yardım olunduqdan sonra xəstəxanalara çatdırılmaları üçün 103 və 113 xidmətinin 3 təcili tibbi yardım maşını cəlb olunub.

Mikroavtobusda olan sərnişinlər:
Bakı sakini - 42 yaşlı Vəfa Əfəndiyeva;
Qax rayon Nəkid kənd sakini - 25 yaşlı Beycət Yusifli;
Bakı sakini - 57 yaşlı Şəfiqə Cəfərova;
İmişli sakini - 26 yaşlı Vəfa Ağayeva;
Bacısı - 18 yaşlı Jalə Ağayeva.


Zərərçəkənlər Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ümumilikdə ikisi uşaq olmaqla 7 nəfər Oğuz Rayon Mərkəzi Xəstəxanasında müalicəyə cəlb olunub. Minik maşınının sürücüsü Tural Ağayev və mikroavtobusun sərnişinləri Qax rayon sakinləri 42 yaşlı Nəcabət Yusifova və onun oğlu 15 yaşlı Elman Yusifov Şəki Mərkəzi Xəstəxanasına çatdırılıblar. Oğuz RMX-ya aparılan Jalə Ağayeva da Şəki RMX-ya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ