VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gecə saatlarında İsmayıllıda baş verən dəhşətli qəzada 7 nəfər ölüb, bir nəfər xəsarət alıb.

ARB Şəki xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib.

99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-AL-238 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələri deformasiyaya uğrayıb.

Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinin məlumatına görə, qəzada ölən 7 nəfərin meyiti tanınmaz hala düşdüyü üçün onlardan 3-ünün kimliyini hadisədən bir neçə saat sonra tam dəqiqləşdirmək mümkün olub. “Opel Zafira”da olan şəxslər-Şəki sakini 53 yaşlı Rahim Abbasov, Qax sakinləri-39 yaşlı Ruzigar Bayramov, 40 yaşlı Yaşar Kərimov, 19 yaşlı Rufanə Kərimli, eləcə də 3 yeniyetmə-Qax sakinləri 16 yaşlı Turanə Kərimzadə, 14 yaşlı Sahib Bayramov və 11 yaşlı Cavid Bayramov aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

“Opel Zafira”ya baxış zamanı oradan başqa 3 uşağın- Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlının məktəbli çantası tapıldığı üçün hadisə yerində işləyən aidiyyəti qurumların nümayəndələri ilkin ehtimal kimi həmin uşaqların öldüyü qənaətinə gəliblər. Tanınmaz hala düşmüş meyitlərin müayinəsi və onların yaxınlarının müraciəti əsasında uşaqların şəxsiyyəti daha sonra tam dəqiqləşdirilib. “Toyota Prado” nun sürücüsü olan və ağır xəsarətlər alan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Vilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS