055 213 76 73
"Günəşli" dəniz yatağında baş vermiş yanğından xilas edilən neftçilərdən biri ANS-ə danışıb.
Başından kəllə-beyin travması alan Rəşid Hüseynov bildirdi ki, güclü külək onun mindiyi qayığı platformaların arasına tullayıb.
"Qayıqlara şimal tərəfdən mindik. Cənubdan minə bilmirdik. Çünki tüstü o tərəfdən gəlirdi. Külək qayığı silkələməyə başladı və qayıq platformanın arasına düşdü. Kəllə-beyin travması almışam. Digər qayıqlardan xəbərim olmadı", deyə Rəşid Hüseynov bildirib.
Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib. 10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.
BAKU.WS