Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçiriliblər. 
 
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, xəstəxanaya ümumilikdə 31 müraciət olunmuş, 22 nəfər ambulator müalicəyə cəlb edilib. 1 nəfər Yanıq Mərkəzinə göndərilmiş, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib. 

Aşağıda stasionara qəbul olunan xəstələrin siyahısı verilib: 

Rəcəbov Mərdan-qabırğa sınığı 

Məmmədov Allahverdi-bazunun sınığı 

Əliyeva Məlahət-bel fəqərəsinin sınığı 

Hüseynov Rəşid-kəllə beyin silkələnməsi 

Abbasov Mais-alın nahiyyəsinin kəsilmış, cırılmış yarası 

Əliyev Ənvər-alın nahiyyəsinin burun göz altı yarası 

Cəfərov Faiq-hipotermiya,başın yumşaq toxumaların əzilməsi 

Orucov Atakişi-hipotoniya,yumşaq toxumaların əzilməsi 

Şahin Həbibov
BAKU.WS