SİZİN REKLAM BURADA!
055 213 76 73



Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd olub.

BAKU.WS-in məlumatına görə, sui-qəsd anları dövlət tədbiri zamanı baş tutub və yerli kanal tərəfindən lentə alınıb.

Maduro paytaxt Karakasda təşkil edilən mərasimdə danışarkən partlayıcılarla dolu pilotsuz təyyarələrin hücumu baş tutub. Səlahiyyətlilər Maduronun bu sui-qəsd zamanı yaralanmadığını söyləyib.

Rabitə naziri Jorgi Rodriguez hücumun Maduroyu hədəf aldığını və digər 7 nəfərin yaralandığını söyləyib. Rodriguez Maduronun may ayında keçiriləcək seçkiləri qazandığına diqqət çəkərək bu sui-qəsdi müxaliflərin etdiyinə işarə vurub. 

Maduro sui-qəsddən sonra millətə müraciət edərək deyib: "Bu, məni öldürməyə cəhd idi. Bu hücumdan məsul olan şəxslərdən bəziləri tutuldu". 

Şahin
BAKU.WS