SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə xüsusi xidmət qurumları prezident Rəcəb Tayyip Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib. İnsidentin prezidentin Balkan ölkələrinə səfəri zamanı baş verə biləcəyi bildirilir.

APA-nın xəbərinə görə, TRT telekanalı öz mənbələrinə istinadən bildirib ki, sui-qəsdin hazırlanması barədə məlumatı ilk olaraq Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən əldə edib.

Məlumata görə, sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb.

Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.

Qeyd edək ki, Türkiyə prezidenti bu gün Bosniya və Herseqovinaya səfər edəcək.

BAKU.WS