SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Florida ştatında naməlum şəxs konsertdən sonra müğənni Kristina Qrimini güllələyərək özünə qəsd edib.

Hadisə iyunun 10-u axşam saatlarında Orlondoda baş verib. "Before You Exit" qrupunun üzvləri konsertdən sonra fanatlarına avtoqraf verdikləri zaman naməlum şəxs müğənni Kristinaya atəş açıb. 

Müğənninin qardaşı atəş açan kişini tutmağa cəhd etsə də, naməlum şəxs özünə qəsd edib. Cinayətkar hadisə yerində həlak olub. Müğənninin vəziyyətinin kritik olduğu bildirilir. 

Polisin məlumatına görə, kişinin üzərində iki odlu silah olub. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. 
 
azvision.az
BAKU.WS