SİZİN REKLAM BURADA!
055 213 76 73



Venesuela neft naziri Eulogio Del Pino İran səfəri zamanı mühüm açıqlamalar verib.
 
BAKU.WS-in məlumatına görə, nazir 6 OPEC üzvünin və iki neft istehsalçının fövqəladə yığıncağa iştiraka hazır olduğunu söyləyib.

Del Pino İraq, Əlcəzair, Nigeriya, Ekvador, İran və Venesuelanın danışıqlara açıq olduğunu qeyd edib. Nazir OPEC-in iclasında Oman və Rusiyanın da iştirak edəcəyini vurğulayıb. 

"Məqsəd yalnız yığıncağın keçirilməsi deyil, eyni zamanda qatılacaq ölkələrin razılığa gəlməsidir. Mövcud qiymətlər normadan aşağıdır və bu vəziyyət birjalarda istiqrarsızlığı təşviq edir", - deyə Venesuela neft naziri əlavə edib.

Venezuea prezidenti Nikolas Maduro neft qiymətlərinin ölkə iqtisadiyyatı üzərindəki itkisini azaltmaq üçün Del Pinoyu neft istehsalçısı ölkələrə göndərib. Rusiya və İrandan sonra Del Pino Qətər və dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanına ziyarət etməyi planlaşdırır.
 
Şahin Həbibov
BAKU.WS