Ötən gecə Lənkəranda 4 nəfər evində qanına qəltan edilib.


Lənkəran şəhər polis şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evində baş verib. Onun evində girən şəxslər ev sahibini, onun oğlu 1993-cü il təvəllüdlü Qalib Əhmədzadəyə, qızı, 1995-ci il təvəllüdlü Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin oğlu Əliyevi bıçaqlayıb.

Sonradan həmin şəxslər hadisə yerindən qaçıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya aparıblar. Həkimlər ev sahibinin vəziyyətinin nisbətən daha ağır olduğunu deyirlər.

Hazırda həmin hadisənin kimlər tərəfindnə törədildiyi araşdırılır. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


Ziya Səccad
BAKU.WS