Bakıda şadlıq evində baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə faktı ilə bağlı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 200.3-cü (istehlakçıları aldatmna və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma – bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Fakt üzrə hələlik saxlanılan yoxdur.

Qeyd edək ki, avqustun 8-də Binəqədi rayonundakı "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər.

Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb.

Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı” ehtimal olunur.

BAKU.WS