SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib.

BAKU.WS
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və fotolar yayılıb. Bildirilir ki, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib.

Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb.

Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, "uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb".

Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub.

"Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib", - deyə məlumatda vurğulanır.

BAKU.WS