055 213 76 73
Bakıda ticarət mərkəzindən 28 min manat dəyərində televizor oğurlanıb.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,məlumat daxil olan kimi Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşları əməliyyat keçirib.
Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Boran Quliyevə məxsus anbardan 28 000 manat dəyərində 49 ədəd televizor oğurlayanların kimliyi məlum olub.
Müəyyən olunub ki, oğurluq orada mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev tərəfindən törədilib.
Polisin keçirdiyi əməliyyat nəticəsində həmin şəxslər tutulub.
Ziya Səccad
BAKU.WS